Bakı Ağ Şəhər layihəsi MIPIM Asia Awards 2011 (Honqkonq) müsabiqəsində Mərkəzi və Qərbi Asiyanın ən yaxşı gələcək layihəsinominasiyasının qalibi olub. Bu fəxri mükafatın Bakı Ağ Şəhər layihəsinə təntənəli təqdimatı Honqkonqda keçirilmişdir.

Bakı Ağ Şəhərdən başqa həmin nominasiyada Şimali Qafqazın turizm klasterinin Şimali Qafqazın Kurortları ASC layihəsi (Rusiya), həmçinin Kohn Pedersen Fox Associates şirkəti tərəfindən təqdim olunmuş Abu Dhabi International Airport Midfield Complex (BƏƏ) layihəsi seçiliblər. MIPIM Asia Awards 2011 müsabiqəsinin finalında ümumilikdə 80 ölkədən, o cümlədən Çin, Hindistan, Sinqapur, Avstraliya, Honqkonq, İndoneziya, Yaponiyə, Malayziya, Cənubi Koreya, Tayvan, Tailand, BƏƏ və Azərbaycandan 29 layihə iştirak edib.

MIPIM Asia Awards 2011 sərgisi 15-17 noyabrda Hong Kong Convention & Exhibition Center sərgi mərkəzində keçirilir. Bu, 1997-ci ildə təsis olunan və hər il Honkonqda keçirilən daşınmaz əmlak bazarında innovasiya layihələrinin ən iri investisiya sərgisidir. Sərgidə üç gün ərzində 42 ölkədən 1021 şirkətin nümayəndələri, o cümlədən 384 investor, 146 eksponent iştirak edib, tədbiri 190 jurnalist işıqlandırıb.

Bakı Ağ Şəhər şəhərsalma layihəsi paytaxtın ekoloji vəziyyətinin yaxşılaşdırılmasına böyük töhfə verəcək prioritet layihələrdən biri sayılır. 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola