Azərbaycanın strateji valyuta ehtiyatları 41,5 milyard dollara çatmışdır

2011-ci il noyabrın 1-nə Azərbaycanın strateji valyuta ehtiyatları 41,5 milyard dollara çatmışdır. Bu məbləğ təxminən üç il müddətinə mal və xidmətlərin idxalının maliyyələşdirilməsi üçün kifayətdir.
Bu barədə “MDB-nin maliyyə bazarları: qlobal qeyri-sabitlik şəraitində sabit inkişaf yolları” mövzusunda keçirilən IV Bakı Beynəlxalq Bank Konfransında Azərbaycan Mərkəzi Bankının (AMB) Tədqiqatlar və İnkişaf Mərkəzinin direktoru Emin Hüseynov məlumat vermişdir.
E.Hüseynov qeyd etmişdir ki, cari ildə Azərbaycan banklarında əhali əmanətlərinin məbləği 21 faiz, kredit portfeli 19 faizdir. Ölkənin bank sistemi yetərli likvidlik ehtiyatlarına malikdir. Aktivlərin ümumi həcmində likvid aktivlərin payı 18 faizdir. Kapitalın adekvatlığı 16 faiz, ümumi kredit portfelində vaxtı ötmüş kreditlərin payı 6,3 faizdir.

Blogroll

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola