«Azərbaycan Respublikasında dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək» Tvinninq layihəsi çərçivəsində seminarlar keçirilmişdir


«Azərbaycan Respublikasında dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək» Tvinninq layihəsinin komponentlərindən biri kimi müasir audit metodları və maliyyə idarəçiliyi üzrə xüsusi təlim və seminarlarının keçirilməsinə başlanılmışdır.

Tvinninq layihəsinin tərəfdaş ölkələrinin ekspertləri tərəfindən 28 noyabr – 01 dekabr 2011-ci il tarixlərində keçirilən ilk təlim-seminarlarda Maliyyə Nazirliyinin, Nazirliyin Dövlət Maliyyə Nəzarəti Xidmətinin və ayrı-ayrı nazirliklərin müvafiq əməkdaşları iştirakı etmişlər.

Avropa İttifaqının Qonşuluq Siyasətinin Azərbaycan Respublikası üçün Fəaliyyət Proqramı çərçivəsində Avropa Komissiyası tərəfindən maliyyələşdirilən və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin benefisiarı olduğu «Azərbaycan Respublikasında dövlət maliyyə nəzarəti sisteminin təkmilləşdirilməsində Dövlət Maliyyə Nəzarəti Xidmətinə dəstək» Tvinninq layihəsinin icrasına 2011-ci ilin sentyabr ayından başlanılmışdır.

 Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində ixtisasartırma kurslarının növbəti buraxılışı olmuşdur


Azərbaycan Respublikası Maliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tədris plan-qrafikinə uyğun olaraq, Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində 2011-ci il 16-25 noyabr tarixində rayon (şəhər) üzrə maliyyə idarələrinin (şöbələrinin) və xəzinədarlıq idarələrinin “Xəzinə əməliyyatlarının uçotu” üzrə mütəxəssisləri üçün “Dövlət büdcəsinin uçotu və hesabatı” mövzusunda növbəti ixtisasartırma kursu təşkil edilmişdir.

Tədrisdə dinləyicilər qarşısında “Xəzinədarlıq sistemi barədə ümumi məlumatlar”, “Əsas vəsaitlər, mal-materiallar, pul vəsaitləri üzrə əməliyyatların uçotu”, “Xəzinədarlıq sahəsində tətbiq edilən yeniliklərin işləmə prinsipi”, “Mühasibat uçotu haqqında Azərbaycan Respublikasının Qanunu və Qanunun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanının qısa şərhi; həmin qanundan irəli gələn Maliyyə Hesa¬bat¬larının Beynəlxalq Standartları ilə əlaqədar görülən işlər və Mühasibat uçotu sahəsində yeniliklər barədə”, “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın Maliyyə Nazirliyində həyata keçirilməsi barədə” və digər mövzularda mühazirələr oxunmuşdur.

Tədrisin yekununda kompüter proqramı vasitəsi ilə keçirilən test imtahanında dinləyicilərin bilik, bacarıq və vərdişlərinin səviyyəsi yoxlanılmışdır. Tədrisi müvəffəqiyyətlə bitirən dinləyicilərə müvafiq şəhadətnamə verilmişdir.

Əmtəəlik qızılın növbəti partiyası qəbul edilmişdir


Gədəbəy qızıl filiz yatağında hasil edilmiş əmtəəlik qızıl İsveçrənin Cenevrə şəhərində saflaşdırıldıqdan sonra Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan – 3998,2 troy unsiya (124,4 kiloqram) miqdarında növbəti partiya qızıl külçələr 30 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Qiymətli Metallara və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Mərkəzi Bankında yerləşdirilmişdir.
Bundan əvvəl isə həmin yataqdan hasil edilmiş Azərbaycan Respublikası Hökumətinin mənfəət payı olan -12514,7 troy unsiya (389,2 kiloqram) miqdarında 999,9 əyarlı qızıl külçələr qəbul edilərək Mərkəzi Bankda saxlanca verilmişdir.
Ümumilikdə, bu günkü tarixə Mərkəzi Bankda saxlancda olan Azərbaycan Respublikası Hökumətinə məxsus qızılın miqdarı 16512,9 troy unsiyaya (513,6 kiloqrama) çatdırılmışdır. Onun bu günə bazar dəyəri 28,4 milyon ABŞ dolları təşkil edir. 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola