Ultra mobil personal kompyuter.
Notebookdan kiçik. PDA-dan daha rahat. Ethernet daxil olmaqla bir çox bağlantını dəstəkləyir. Eyni vaxtda GSM Telefonudur

 Siçan qurğusu- əlcək formasında
Hal-hazırda dünyada müasir kompüterdən istifadə edərkən siçan qurğusundan istifadə edilir. Noutbuk istifadəçiləri bu qurğudan azaddırlar. Lakin istifadəçilərin qalan təbəqəsi siçan qurğusundan gündə bir neçə saat istifadə edir. AirMouse Kanada kompaniyası yeni unikal siçan qurğusu yaradıb. Onu əlcək kimi ələ taxmaq olur. Bu simsiz siçan qurğusu lazerdən istifadə edir və bir həftə enerji doldurmadan azaddır. Belə qurğu işin sürətini çoxaldır və kompüterdə işi daha səliqəli və yorulmadan yerinə yetirməyə imkan verir.

 Axtarış zamanı bəzi sözlərdən istifadə etmək virus təhlükəsini artırır
İnternetdə hər hansı bir axtarış zamanı "music” (musiqi), "download” (yükləmə) və ya "free” (pulsuz) kimi kəlmələrdən istifadə etmək virus təhlükəsini artırır.
Bu barədə ABŞ-dakı bir antivirus proqramı şirkəti məlumat verib. Şirkət 5 böyük axtarış mühərrikində - "Google”, "Yahoo”, "Live”, "AOL” və "Ask”da 2600 ən populyar sözü incələyərək və 413.000 veb-səhifəni analiz edərək internetin ən təhlükəli kəlmələrini təsbit etmişdir.
"Free”, "music”, "download” kəlmələri ilə aparılan axtarışların zərərli proqram riskini artırdığını açıqlayan mütəxəssislər, axtarış yerinə qeyd edilən sözləri yazmağın internetdə axtarış edənlərin virus riskini yüzdə 20 faiz artırmasına səbəb olduğunu bildiriblər.
Mütəxəssislər "Screen saver” (ekran qoruyucusu), "free games” (pulsuz oyunlar), "work from home” (evdən çalışma), "olympics” (olimpiadalar), "videos” (videolar), "celebrities” (məşhurlar), "music” (musiqi) və "news” (xəbərlər) kateqoriyalarının da ən yüksək virus riskinə malik olduğunu üzə çıxarıblar.

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola