Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyada əsaslı təmir edilərək
Bakıya gətirilmiş sərnişin vaqonları ilə tanış olmuşdur


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 24-də Bakı dəmir yolu stansiyasında “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sifarişi ilə Slovakiyada əsaslı təmir edilərə k paytaxta gətirilmiş sərnişin vaqonları ilə tanış olmuşdur.
Dövlətimizin başçısı əvvəlcə “Azərbaycan Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü illərdə inkişafına dair Dövlət Proqramı” çərçivəsində görülən işləri əks etdirən stendlərə baxdı.
Nəqliyyat naziri Ziya M əmmədov Prezident İlham Əliyevə Dövlət Proqramının ölkənin dəmir yolu şəbəkəsinin hərtərəfli inkişafına təkan verdiyini bildirdi. Qeyd olundu ki, proqrama əsasən dəmir yollarında təhlükəsizliyin gücləndirilməsi və hərəkətin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, o cümlədən sərnişinlərə xidmətin yaxşılaşdırılması, elektron idarəetmə sisteminin tətbiqi qarşıda duran əsas prioritetlərdəndir. Proqram çərçivəsində həyata keçirilən mühüm tədbirlərdən biri də dəmir yollarının maddi-texniki bazasının yaxşılaşdırılması və yüksək standartlara cavab verən avadanlıqla təchizatını uğurla həyata keçirməkdir. Yeni polad magistralların çəkilməsi, köhnə yolların yenidən qurulması, vaqon və lokomotiv parkının yenilənməsi, həmçinin yolçəkmədə və yol təmirində istifadə edilən qurğuların alınması da bu istiqamətdə atılan mühüm addımlardandır.
Bildirildi ki, Çexiya “İxrac” Bankının krediti ilə “Azərbaycan Dəmir Yolları” QSC-nin Bakı-Böyük Kəsik sahəsində 317 kilometr yolun əsaslı təmiri uğurla davam etdirilir. Bu günədək həmin yolun 22 kilometrlik hissəsinin əsaslı təmiri başa çatdırılıb. Prezident İlham Əliyev Bakı-Tbilisi-Qars dəmir yo lu layihəsi üzrə görülən işləri əks etdirən stendə baxdı. Məlumat verildi ki, hazırda Azərbaycan dövlətinin vəsaiti hesabına Gürcüstan ərazisində uzunluğu 153 kilometr olan Marabda-Tetritskaro sah əsində tikinti-bərpa işləri həyata keçirilir. Axalkalaki və Türkiyə sərhədində yerləşən Kartsaxi stansiyasında işlərin 2012-ci ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur.
Dövlətimizin başçısı Çexiya “İxrac” Bankı ilə imzalanan müqavilə əsasında indiyədək alınmış material və texnikanı, həmçinin dəmir yollarının tikintisində və təmirində istifadə olunan avadanlığın istehsalı, daşınması və quraşdırılmasını əks etdirən fotostendə də baxdı.
Sonra Prezident İlham Əliyevə məlumat verildi ki, istismar müddətini başa vuran kupe tipli 5 sərnişin vaqonu 2009-cu ilin fevralında əsaslı təmir üçün Slovakiyanın “Sazvrudki” zavoduna göndərilmişdi. Əsaslı təmiri iki il çəkən bu vaqonlar oktyabrın sonlarında Bakıya gətirilmişdir. Vaqonlar ekspress marşrutlarda istifadəyə uyğunlaşdırılmış, hər birində müasir havalandırma sistemi quraşdırılmışdır. Vaqonlar ekoloji qurğularla təchiz olunmuş, daxili dizaynı yenilənmiş, kreslo tipli oturacaqlarla təchiz edilmişdir. Dörd vaqon “ekonomklass” olmaqla hər biri 60, “biznesklass” vaqon isə 45 sərnişin üçün nəzərdə tutulmuşdur. Hər bir vaqon 4 televizor, içməli su, monobloklu kondisioner sistemi və soyuducu ilə təchiz olunub. Vaqonlarda sərnişinlərin rahatlığı üçün bütün lazımi şərait yaradılmışdır.
Prezident İlham Əliyev internetə qoşulmuş kompyuter vasitəsilə “onlayn” bilet sifarişi prosesini izlədi. Bildirildi ki, bu sistem vasitəsilə həm yerli, həm də xarici marşrutlar üzrə bilet sifariş etmək və qatarların hərəkət cədvəlini izləmək mümkündür.
Dövlətimizin başçısının diqqətinə çatdırıldı ki, sərnişin vaqonları ilə yanaşı, “Sazvrudki”nin Çexiyadakı filialında əsaslı təmir olu nmuş ÇM-3 tipli mazutla işləyən manevr teplovozu, Dövlət proqramı çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin vəsaiti hesabına yeni alınmış MPT-4 markalı 3 kran-drezin də Bakıya gətirilmişdir. Onlardan dəmiryolçuların iş yerlərinə çatdırılmasında və yol çəkilişində istifadə olunan materialların yüklənməsində, daşınmasında istifadə olunacaqdır.
Görülən işlərdən razılığını bildirən Prezident İlham Əliyev tapşırıq və tövsiyələrini verdi. 

This free website was made using Yola.

No HTML skills required. Build your website in minutes.

Go to www.yola.com and sign up today!

Make a free website with Yola